logo

Azərbaycanda daha 2186 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

16:15 31-01-2022 | icon 3094
Azərbaycanda daha 2186 nəfər koronavirusa yoluxdu, 14 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2186 yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 658 min 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 734 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 713 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 232, bu günə qədər isə ümumilikdə 6 milyon 156 min 388 test icra olunub.