logo

Azərbaycanda daha 4943 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

16:26 30-01-2022 | icon 3528
Azərbaycanda daha 4943 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4943 yoluxma faktı qeydə alınıb, 1587 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 656 min 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 min 259 nəfər müalicə olunaraq sağalıb, 8 min 720 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 305 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 204, bu günə qədər isə ümumilikdə 6 milyon 149 min 156 test icra olunub.