Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4268 yoluxma faktı qeydə alınıb, 1486 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 651 min 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 min 672 nəfər müalicə olunaraq sağalıb, 8700 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 969 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 091, bu günə qədər isə ümumilikdə 6 milyon 134 min 952 test icra olunub.