logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 738 min nəfəri ötür

19:19 28-01-2022 | icon 3164
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 738 min nəfəri ötür

Yanvarın 28-də Azərbaycanda 30 min 887 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2065, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 319 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 936 min 475, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 225 min 69, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 738 min 970 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 972 min 436 nəfər təşkil edir.