logo

Azərbaycanda daha 3564 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

18:48 28-01-2022 | icon 3297
Azərbaycanda daha 3564 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3564 yoluxma faktı qeydə alınıb, 1004 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 647 min 73 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 min 186 nəfər müalicə olunaraq sağalıb, 8 min 683 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 445, bu günə qədər isə ümumilikdə 6 milyon 119 min 861 test icra olunub.