Paytaxtdakı 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.