COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 736 min nəfəri ötür
Yanvarın 27-də Azərbaycanda 29 min 515 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2201, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 749 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 905 min 588, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 222 min 566, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 736 min 905 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 946 min 117 nəfər təşkil edir.