İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam şəhərinin də yenidən qurulması işləri davam etdirilir. Ağdam şəhərindəki ilk tikintilərdən biri 960 şagird yerlik 1 nömrəli məktəbdir.
YeniAvropa xəbər verir ki, tikintinin sahə rəisi Samir Pirmətovun sözlərinə görə iki hektar ərazidə inşa edilən məktəb binası üçmərtəbəli olacaq.
Məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, akt zalı, yeməkxana yaradılacaq. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin ediləcək. Məktəbin həyətində futbol və basketbol meydançaları yaradılacaq, nasosxana, qazanxana, içməli və yanğın su hovuzları inşa ediləcək.
Artıq binanın təməli üçün qazıntı işləri yekunlaşıb. Hazırda kipləşmə və betona hazırlıq işləri həyata keçirilir. Binanın tikintisinin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.