Son yoluxmaların 90 %-i “omikron”la əlaqəlidir-Təyyar Eyvazov
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması əsasən “omikron” ştamı ilə əlaqədardır. Həmin ştamın yoluxduruculuğunun yüksək olması nəticəsində xəstələrin yaxın təmasda olduğu, demək olar ki, hər kəs koronavirusla xəstələnir. Lakin müsbət haldır ki, “omikron” ştamının inkubasiya dövrü əvvəlkilərlə müqayisədə daha az, adətən, 1-3 gündür.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram hesabında “COVID-19” mövzusunda çıxışı zamanı deyib.
T.Eyvazov bildirib ki, son yoluxmaların 90 faizinin əlamətləri “omikron” ştamı ilə üst-üstə düşdüyünə görə, xüsusi yoxlamalara ehtiyac duyulmur: “Ona görə də demək olar ki, son yoluxmaların 90 faizi “omikron”la əlaqəlidir. Lakin xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı çox deyil. Ambulator müalicə alan xəstələrin sayı isə çoxalıb. Xəstəlik yüngül keçsə də, yoluxmaların sayının artması müvafiq olaraq səhiyyə yükünün də müəyyən qədər artmasına gətirib çıxarıb”.
Həkim-mütəxəssisin dediyinə görə, hazırda ölkədə uşaqların “omikron” ştamı ilə yoluxması barədə rəsmi statistik göstərici yoxdur: “Dünya təcrübəsinə əsasən isə, uşaqlar arasında “omikron” ştamı ilə yoluxma “delta”ya nisbətən daha çoxdur. Uşaqlar da yeni ştamı böyüklərlə, demək olar ki, eyni keçirir, lakin xəstəliyin əlamətləri nisbətən daha yüngül olur. Bir müddətdir ki, ölkədə uşaqlar arasında yayılmış infeksiyaların hər birini COVID-19-la əlaqələndirmək olmaz. Onların əksəriyyəti fəsli virus infeksiyaları idi”.
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir