logo

TƏBİB-in tabeliyinə daha 7 xəstəxana verildi

12:12 24-01-2022 | icon 2842
TƏBİB-in tabeliyinə daha 7 xəstəxana verildi

İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

O qeyd edib ki, nəticədə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib.

A.Əhmədovanın sözlərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır: “Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib. Həmin tibb müəssisələrinə Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs, Mərkəzi Klinik Xəstəxana, Caspian International Hospital, Respublika Diaqnostika Mərkəzi, Gəncə Müalicə-Diaqnostika Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, EGE Hospital, Sumqayıt Hospital, Avrasiya Hospital, Xüsusi Müalicə Sağlamlıq Kompleksi, Leyla Medical Center, Badam Medical Center, Lor Hospital, Məlhəm Beynəlxalq Hospital, “OKİ” Özəl Tibbi Müalicəxanası, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital), Oksigen Klinik Xəstəxanası, Diaqnoz Tibb Mərkəzi , “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət, Mediland Hospital, Medera Hospital, Stimul Hospital, Medistyle Hospital, Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət, “Citolab” MMC, “ANES” MMC, “Salam Doktor” MMC, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, İstanbul NS klinikası MMC, “Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət, “ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL) daxildir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir”.