Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası başlayıb.
YeniAvropa xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş prokuror Kamran Əliyev iclasda çıxış edib.
Toplantıda həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edirlər.