COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 729 min nəfəri ötür
Yanvarın 23-də Azərbaycanda 22 min 586 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 122, “buster” doza ilə peyvənd olunanların sayı isə 18 min 422 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 840, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 124, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 272 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 444 nəfər təşkil edir.