logo

Azərbaycanda daha 1697 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

16:46 23-01-2022 | icon 2611
Azərbaycanda daha 1697 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1697 yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 min 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 min 292 nəfər müalicə olunaraq sağalıb, 8 min 610 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 829 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 851, bu günə qədər isə ümumilikdə 6 milyon 65 min 279 test icra olunub.