Bərdədə güllələnmə hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.
Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.
Yaralı Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Yaralının vəziyyəti ağırdır.
Hadisənin səbəbi tam olaraq məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.