Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1614 yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 632 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 min 766 nəfər müalicə olunaraq sağalıb, 8 min 597 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 671 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 846, bu günə qədər isə ümumilikdə 6 milyon 56 min 428 test icra olunub.