logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası olub

19:18 21-01-2022 | icon 2072
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, iclasda qurumun 2022-ci il üçün fəaliyyət planı müzakirə edilib və səsə qoyularaq təsdiq olunub.

Sonra Agentliyin icraçı direktorunun 2021-ci il üzrə hesabatı dinlənilib. Hesabat Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilərək qəbul olunub. Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Sonra iclasın gündəliyinə daxil olan kənar auditorun cəlb edilməsi haqqında müzakirələr aparılıb. Qurumun Nizamnaməsinə əsasən, Agentliyin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılmasının təşkil edilməsi ilə bağlı qurumun aparatına tapşırıqlar verilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.