logo

Paytaxtda tikinti şirkəti ağacları kəsdi,67 min manat cərimələndi

14:59 21-01-2022 | icon 1701
Paytaxtda tikinti şirkəti ağacları kəsdi,67 min manat cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov YeniAvropa-ya bildirilib ki,, araşdırma zamanı ağacların həmin ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən kəsildiyi və təbiətə 67 min 680 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq.