Nərimanov rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 21-də axşam saatlarından Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.