Qubanın Qrız kəndində 19 santimetr hündürlüyündə qar, mənfi 20 dərəcə temperatur qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, rayonun Xaltan kəndində qarın hündürlüyü 15 santimetr olub, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib.
Qubanın rayon mərkəzində 20, Xızının Altıağac qəsəbəsində 16, Qusarda 4, Şabranda isə 3 santimetr qar var.