logo

Avtomobil yollarındakı vəziyyət açıqlanıb

11:12 21-01-2022 | icon 1603
Avtomobil yollarındakı vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 21-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, hazırda Zəfər yolunda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.

Quba yolunda yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

Giləzi–Xızı yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək yolda nəqliyyat vasitələrinin hərəkət təmin edilir.

Qobustan-Şamaxı yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şamaxı–Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.

Muğanlı–Ağsu, Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur. İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilir.

Şəki-Qax–Zaqatala yolunda yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilir.

Gəncə-Daşkəsən yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt–Astara yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilir.

Masallı–Yardımlı, Lənkəran–Lerik yolunda yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bakı-Ələt–Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilir.

Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.