logo

Saatlıda şadlıq sarayının icarədarı 4000 manat məbləğində cərimələnib

22:49 19-01-2022 | icon 1869
Saatlıda şadlıq sarayının icarədarı 4000 manat məbləğində cərimələnib

Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, aparılan yoxlamalar zamanı “Arzu” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntusuna yol verən obyektin icarədarı İ.Quliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, 4000 manat məbləğində cərimələnib.