Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü yaxalanıb.
Nərimanov rayonunda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ötən il dekabrın 28-də Z.Bünyadov prospektində S.Məhərrəmovanın və N.Əliyevanın xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini X.Xəlilli rayon polis idarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.