Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1151 yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 628 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 550 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 min 593 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 344, bu günə qədər isə ümumilikdə 6 milyon 28 min 671 test icra olunub.