Ötən il Azərbaycanda 706 nəfər avtoqəzaların qurbanı olub
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2021-ci ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.
İdarədən YeniAvropa-ya bildiriblər ki, ötən il respublika ərazisində 1649 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 706 nəfər həlak olub, 1452 nəfər xəsarət alıb. Ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 fakt (3,9 faiz), ölənlərin sayı 10 nəfər (1,4 faiz), xəsarət alanların sayı isə 42 nəfər (3 faiz) artıb. Qəzalarda həlak olan 706 nəfərdən 49-u 16 yaşadək uşaq, 148-i qadındır. Həmçinin həlak olanlardan 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçısıdır. Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb. Nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər xəsarət alıb.
Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıcılarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.
Ötən il 721 piyadavurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7 faizini təşkil edir. Bu qəzalar sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələri arasında, həmçinin toqquşma (539), maneəni vurma (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır