logo

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

11:11 19-01-2022 | icon 1743
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 19-na saat 10:00-a hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, sözügedən müddətdə Zəfər yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 13-15 dərəcə, Murovdağ yüksəkliyində 19-22 dərəcə şaxta var. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 8 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi–Xızı yolunda hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı–Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Qobustan-Şamaxı–Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı-Ağsu–Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Muğanlı–İsmayıllı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəki-Qax–Zaqatala yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy yolunda-Gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən–Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Ələt–Astara yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı–Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin edilib.

Lənkəran–Lerik yolunda yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Hacıqabul–Bəhramtəpə–Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.