logo

“Hörümçək”dən "spayder" düzəldənlərin adları açıqlandı

13:03 18-01-2022 | icon 1561
“Hörümçək”dən "spayder" düzəldənlərin adları açıqlandı

“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

YeniAvropa xəbər verir ki, bu barədə Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - deyə Dilçilik İnstitutundan bildirilib.

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb. Amma buna baxmayaraq , hörümçəyəbənzər, hörümçəkkimilər və s. bu kimi sözlər qalsa da , "spayder" sözü də lüğətə əlavə olunub. Və bu, sosial şəbəkələrdə geniş tənqid hədəfinə çevrilib.