logo

YAP rayon təşkilatının sədrini intim videosu ilə şantaj edən jurnalist 3 il 6 ay həbs edildi

12:02 18-01-2022 | icon 1589
YAP rayon təşkilatının sədrini intim videosu ilə şantaj edən jurnalist 3 il 6 ay həbs edildi

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə hökm Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.

Xatırladaq ki, Mahir Xəttab Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunurdu.

Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.