logo

Hörümçək sözünün lüğətdə “spayder” kimi getməsi texniki səhv olub-AMEA

11:11 18-01-2022 | icon 1918
Hörümçək sözünün lüğətdə “spayder” kimi getməsi texniki səhv olub-AMEA

"Hörümçək sözü lüğətdən çıxarılmayıb. Hörümçək sözü lüğətdən çıxarılsa idi, hörümçəyəbənzər, hörümçəkkimilər və s. sözlər də çıxarılmalı idi".

 YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu deyib.

"Spayder sözü avtomobilə aiddir. Spayder sözü kuzov-açılan, qaldırılan mənasında gedib. Bu, texniki səhv nəticəsində baş verib. Yoxsa hörümçək sözünü lüğətdən necə çıxarmaq olar? Belə olsa, artıq qərəzli olardı. Texniki səhv yəqin ki, lüğətin yeni nəşrin də aradan qaldırılacaq",-deyə Möhsün Nağısoylu bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılaraq əvəzinə lüğətə “spayder” sözünün salındığına dair məlumat yayılıb.