Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
YeniAvropa Agentliyə istinadən xəbər verir ki, hazırda Zəfər Yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
Giləzi - Xızı yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.
Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt - Astara yolunda marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.
Lənkəran – Lerik yolunda Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstanla dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır