“İkinci Qarabağ müharibəsi zamanı biz torpaqlarımızı qaytarmışıq və bununla fəxr edirik”.
YeniAvropa xəbər verir ki, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar özünün "Twitter" hesabında yazıb.
“Adını ilk dəfə eşitdiyim Massaçusets Texnologiya İnstitutunda çalışan qondarma akademik Qarabağ müharibəsi zamanı demişdi: “Səlcuq Bayraktara təhsil verdiyimiz üçün utanırıq”.
Törətdiyiniz soyqırımlara, qırğınlara görə utanmalısınız. Torpaqlarımızı geri qaytardıq və bununla ancaq fəxr edirik!”, – deyə Səlcuq Bayraktar yazıb.