Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.