Yanvarın 17-də Azərbaycanda 6 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, “buster” doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 714 min 478 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 757 min 281 nəfər təşkil edir.