logo

Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

18:33 17-01-2022 | icon 2940
Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 359 yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 777 nəfər müalicə olunaraq sağalıb, 8 min 529 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 min 779 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 261, bu günə qədər isə ümumilikdə 6 milyon 10 min 761 test icra olunub.