logo

Azərbaycan insan alverçisini  beynəlxalq axtarışa verdi

17:17 17-01-2022 | icon 1750
Azərbaycan insan alverçisini  beynəlxalq axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat "İnterpol"un saytında yerləşdirilib.

Bildirilib ki, 35 yaşlı Ruhəngiz Orucova insan alverində təqsirləndirilir.

Onun saxlanılması üçün “qırmızı bülleten”lə "İnterpol"a müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən R.Orucova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.