Xırdalanda saxta 100 manatla benzin almaq istədi...
Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə 100 manatlıq saxta əsginas verən şəxs yaxalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin şəxs - “Toyota” markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakini Q.Zeniyev Abşeron ryon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.