logo

Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il həbs istədi

16:06 17-01-2022 | icon 1603
Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il həbs istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, İlqar İsmayılov 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Həmçinin onun üzərinə həbs qoyulmuş əmlakı da müsadirə edilməlidir.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Qeyd edək ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.