Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 625 min 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 min 514 nəfər müalicə olunaraq sağalıb, 8 min 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.
Ölkədə son sutka ərzində 9 min 340, hazırkı dövrədək isə 6 milyon 6 min 500 test aparılıb.