logo

Zəngilanda zəlzələ olub

09:39 16-01-2022 | icon 3654
Zəngilanda zəlzələ olub

Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.