logo

Ordubad rayonunda 27 sm qar yağıb

11:55 15-01-2022 | icon 3885
Ordubad rayonunda 27 sm qar yağıb

Yanvarın 15-i saat 11-00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 22, Qrızda 14 santimetr, Xaltan, Şahbuzda 10, Daşkəsəndə 8, Altıağacda 7, Naxçıvanda 6, Göygöl, Lerikdə 5, Qobustanda 4, Qubada 3, Qusarda 1 santimetr olub.

Gözlənildiyi kimi, şimal-qərb küləyi yanvarın 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəzlənib. Küləyin maksimal sürəti Naftalanda saniyədə 26, Qobustanda 22, Gəncə, Tovuz, Şamaxıda 20, Ağstafa, Göyçay, Şəkidə 18, Yevlaxda 17, Bərdə, Tərtərdə 16, Şərurda 15, Bakıda 30, Abşeron yarımadasında 25, Abşeron dəniz rayonunda 20 metrədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrdir.