logo

Güllə atıcımız Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub

22:52 14-01-2022 | icon 3311
Güllə atıcımız Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub

Atıcılıq üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından bildirilib.

Qeyd edilib ki, idmançımız Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri turnirində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında qızıl medal qazanıb.