logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 709 min nəfəri ötür

18:16 14-01-2022 | icon 2121
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 709 min nəfəri ötür

Yanvarın 14-də Azərbaycanda 28 min 613 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 939 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 972 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 621 min 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 195 min 727, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 709 min 352 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 716 min 41 nəfər təşkil edir.