Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, o, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Fərrux Zeynalov 1942-ci ildə Bakıda anadan olub.
O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
3 övladı var.
Allah rəhmət eləsin!