logo

Lənkəranda  şadlıq sarayının sahibi həbs olundu

17:57 13-01-2022 | icon 1757
Lənkəranda  şadlıq sarayının sahibi həbs olundu

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən şənlik mərasimlərindən birində xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, Lənkəran şəhərindəki “Sultan” şadlıq sarayında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

Həmin şadlıq sarayının sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunub.