logo

Şamaxıda torpaq sürüşməsi: yeni çəkilən yol dağıldı

11:33 13-01-2022 | icon 1743
Şamaxıda torpaq sürüşməsi: yeni çəkilən yol dağıldı

Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.

 YeniAvropa xəbər verir ki, rayon mərkəzindən 22 km məsafədə yerləşən yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 km olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr, yolun ortasında isə iri çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır.