logo

Sosial yardımı 2 ay kartdan çıxarmadıqda, o ləğv ediləcək

22:32 12-01-2022 | icon 1715
Sosial yardımı 2 ay kartdan çıxarmadıqda, o ləğv ediləcək

"Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn iki ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır”.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov məlumat verib.

O qeyd edib ki, ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.

"Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir”, - deyə R.Səfərov vurğulayıb.