logo

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu

22:11 12-01-2022 | icon 1743
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu
Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi İradə Cahangir qızı  Əliyeva  koronavirusdan dünyasını dəyişib.
 
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun işlədiyi tibb müəssisəsindən bildirilib.
 
Məlumata görə, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb.
Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb.
Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib.
 
İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb.