logo

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı COVID-19-dan vəfat edib

20:50 12-01-2022 | icon 1792
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı COVID-19-dan vəfat edib

Azərbaycanın Rusiyadakı səfirliyinin təsərrüfat müdiri Həsən Səfər oğlu Hüseynov COVID-19 virusundan vaxtsız dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

Həsən Hüseynov uzun müddət ərzində Xarici İşlər Nazirliyi sistemində, o cümlədən ölkəmizin Türkiyə və Rusiyadakı səfirliklərində işləyib.