Yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.
Sumqayıt şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.