Allahşükür Paşazadə Vatikana gedir
Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir.
Azərbaycanın dini konfessiya rəhbərlərinin Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfəri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır. Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu ifadə etmiş, qarşılıqlı səfərlərin önəmini vurğulamışdı.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri - Roma Papası Fransisk həzrətləri, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən Dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlərlə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher və digərləri ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs edilməsi, Azərbaycanın həqiqətləri və multikultural həyat tərzi haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla dini-mənəvi əlaqələri uzun illərdir uğurlu şəkildə inkişaf edir. Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərində Vatikan rəsmiləri ilə uğurlu, səmərəli işbirliyi, əməli əməkdaşlıq təcrübəsi mövcuddur. Şeyxülislam A. Paşazadə və Vatikanın Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləridir. Dini liderlərin Ümumdünya Bakı sammitlərində, habelə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi xətti ilə həyata keçirilən beynəlxalq tədbirlərdə Vatikan hər zaman yüksək səviyyədə təmsil olunur.
Azərbaycanın dini konfessiya rəhbərləri Vatikana səfər müddətində Azərbaycan dövlətinin milli-mənəvi irsini qorumaqla bərabər, bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşmasının göstəricisi olan, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən misilsiz əhəmiyyətə malik layihələrlə tanış olacaqlar.
Yanvarın 17-dək davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksəksəviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcək. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir