Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd edilib ki, magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.